İşsizlərə 190 manatlıq yardımın verilməsində <font color=red> NONSENS</font>

İqtisadiyyat

02.01.2021 - 10:25

Həkimlər Klinikalar SEO Xidməti

Niyə bir nəfərin yaşayış minimumu miqdarında yardım bütün ailəyə verilir?

 

Sərt karantin tədbirləri əlbəttə ki, yüksək yoluxma dinamikası şəraitində lazımdır. Lakin təkrarlanan məhdudiyyətlərlə yanaşı, biznes və əhalinin dəstəklənməsi də yaddan çıxarılmamalıdır. Hökumət bu reallığı qəbul edir.

 

Ölkədə sahibkarları təşviq etmək və 600 min işsizə birdəfəlik ödəmələr vermək üçün təkrarlanan bir kampaniya başladılıb. Bəs, bu vəsait insanların yaşaması üçün kifayət edəcəkmi? Hökumətin ayırdığı vəsait bir çox qapanmış sahibkarlıq subyektlərini məhv olmaqdan xilas edə bilərmi?

 

Yerli ekspertlərin dediklərinə görə, biznesə maliyyə yardımı iqtisadiyyatın miqyası və vurulan ziyana mütənasib deyil. İqtisadçılar işsizliyə görə 190 manat birdəfəlik ödəmə barədə də oxşar fikir bildirirlər. Sadəcə olaraq, dövlətin dəstəyi sərt karantin nəticəsində işsiz qalan ailələrin və müəssisələrin ehtiyaclarını ödəmək üçün kifayət deyil. Buna baxmayaraq, müvafiq qurumlar yardımlar barədə hesabatlar verməkdə davam edir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, təsərrüfat subyektləri növbəti yardım tranşlarını alacaq.

 

Bu addımın birinci istiqaməti pandemiyadan zərər görən sektorlarda çalışanların maaşlarının “müəyyən bir hissəsinin” ödənilməsini əhatə edir. 22 min vergi ödəyicisinə 52,5 milyon manat məbləğində maddi yardımın veriləcəyi və bu vəsaitlə 200 min muzdlu işçinin maaşlarının bir hissəsinin ödəniləcəyi bildirilir. Vəsaitlər əvvəlki dövlət yardım proqramları ilə əhatə olunmuş və “işçilərin sayının azalmasına imkan verməyən” sahibkarlara veriləcək. Bununla yanaşı, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də işçilərinə dəstək olmaq üçün müraciət edə bilər.

 

Pandemiydan zərər görən sahələrdə fərdi (mikro) sahibkarlara dəstək verən dövlət maliyyə yardımının ikinci istiqaməti də mövcuddur. Bu isitiqamətdə, ümumilikdə 30,5 milyon manat alacaq 90 min fərdi sahibkardan söhbət gedir. Yardımı əvvəlki proqramlar çərçivəsində onsuz da maddi dəstək alan fərdi sahibkarlar alacaq. İqtisadiyyat Nazirliyindən “Qərar sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, maddi vəziyyətinin yaxşılaşdırılmasına və iş yerlərinin qorunmasına xidmət edir”, - deyə bildirirlər.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

İqtisadçı-ekspert Rəşad Həsənovun AYNA-ya dediyinə görə, sərt karantin tədbirləri və iqtisadiyyatın miqyası iqtisadiyyata və vətəndaşlara dövlət dəstəyi səviyyəsi ilə mütənasib deyil: “İşsizliyə görə birdəfəlik ödəmə bir çox suallar doğurur. Ölkədə cari il üçün yaşayış minimumu 190 manat müəyyən edildi. Və bu məbləğ bir nəfər üçün yetərli ola bilər, amma ailənin 3-4 üzvü varsa və bu yardımı yalnız bir nəfər almaq hüququna malikdirsə, deməli bu, kifayət deyil”.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hökumətin bu məbləği 196 manata – 2021-ci ildə bir nəfər üçün yaşayış minimumu məbləği qədər artıra biləcəyi barədə düşünəcəyini söylədi. Bəs, niyə bu vəziyyətdə bütün ailəyə bir nəfərin yaşayış minimumu miqdarında yardım verilir? Rəsmi şəxs bu məqamı dəqiqləşdirmir və nonsens vəziyyəti yaranır. Axı, bu pulu almağa işsizin bütün ailə üzvlərinin imkanı olmalıdır, əks halda onun kiçik övladları nə ilə yaşayacaq?

 

Bizim vəziyyətimizdə belə məlum olur ki, bir nəfərin yaşayış minimumuna işləmək hüququ olmayan, evdə qapanmış vətəndaşların, azyaşlı uşaqlar və həyat yoldaşları da daxil olmaqla, bütün ailənin yaşaması təklif olunur. Bu ödəmələrin təyin edilməsi kampaniyasının özü də qəribəliklərlə yadda qaldı. Hüquqşünaslara görə, qurumun bir çoxlarına verdiyi rədd cavablarının heç qanuni əsası da yox idi. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) vətəndaşlara bu pulu verməkdən imtina etməsinə dair aktlarında müvafiq qanunvericilik bazası göstərilməyib. Kütləvi informasiya vasitələrinin dəfələrlə yazmasına baxmyaraq, müvafiq qurum işsizlərə bu ödəmənin verilməsnin hansı qanun və ya hüquqi aktlar əsasında imtina edildiyi barədə heç bir açıqlama vermədi. Bir çox hallarda müraciətlərdən imtina “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsini və İnzibati Prosessual Məcəllənin 64-cü maddəsinin pozulması ilə müşaiyət olunub.

 

Əlillərə qulluq etmək üçün 50 manat alan işsizlərə bu ödənişin verilməsindən niyə imtina edildi? Bu sıraya 130 manatlıq, yaşa görə müavinət alan və cüzi müavinətlər alan digər sosial təbəqədən olan vətəndaşlar niyə daxil edildi? I, II və III qrup əlillərin ödəməsi hansı sosial ədalət prinsipinə əsasən rədd edildi? ƏƏSMN bu suallara cavab vermir.

 

Biznesə dövlət dəstəyi ilə bağlı vəziyyət bundan heç də yaxşı deyil. Analitiklər əmindirlər ki, dövlət dəstəyi və müəssisələrə güzəştli kredit vermə miqdarı iqtisadiyyatın miqyasına uyğun gəlmir. Baxmayaraq ki, pandemiya və bununla birlikdə karantin rejimi cari il də davam edə bilər, ilin maliyyə sənədində sahibkarlara kömək üçün vəsait çox az qeyd edilib.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

“Yeni büdcədə sosial yönümlü xərclərin miqdarı artsa da, kiçik və orta sahibkarlıq nəzərə alınmadı. Pandemiyanın iqtisadiyyata vurduğu böyük ziyanı nəzərə alaraq, çoxları 2021-ci ildə kiçik və orta müəssisələrə yönəlik daha balanslı və ciddi yardım paketinin qəbul olunmasını gözləyirdi. Lakin büdcə layihəsində göstərilən rəqəmlər açıq şəkildə binesə lazımi yardım səviyyəsinə çatmır. Beləliklə, cari il bu istiqamətdə cəmi 230 milyon manat ayrılacaq və bu, əlbəttə ki, kifayət deyil”, - deyə iqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya bildirir.

 

Analitiklərin fikrincə, karantin yoxsullara xüsusilə ağır zərbə vurub. İqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, hər işləyən 5 nəfərdən 1-nin gündəlik qazanca ehtiyacı var. Və SMS-icazə rejimində bu insanlar işləyə bilmir, ciddi maddi çətinliklər yaşayırlar.

Müəllif: Tanya Samsonova