Azərbaycan neftinin qiyməti 67 dollara endi

İqtisadiyyat

18.03.2021 - 11:12

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,53 dollar geriləyərək 67,47 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,47 dollar ucuzlaşaraq 64,13 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar ucuzlaşaraq 67,59 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az