Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb
Martın 4-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Bu barədə AYNA-ya Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, hərracda tələb 44,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.