Əhalinin sərəncamında 41 milyard 729,1 milyon manatlıq vəsait qalıb
Bu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 46 milyard 56,8 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 1,4 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AYNA-ya bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 41 milyard 729,1 milyon manatlıq vəsait qalıb.