Xəzərdə dalğanın hündürlüyü iki metrə çatıb

Xəbərlər

01.05.2024 - 09:36

Ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir

Milli Hidrometeorologiya Xidmətinin mayın 1-də saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti 20 m/san, Culfa, Naftalanda 18 m/san-dir. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü iki metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 1-də gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 3-də gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Müəllif: Ayna.az