Nazir müavini yüksək vəzifəyə təyin olunub

Nazir müavini yüksək vəzifəyə təyin olunub

Mətin Kərimli BƏT sistemində belə yüksək vəzifədə işləyəcək ilk Azərbaycan vətəndaşı olacaq

 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktoru vəzifəsinə təyin olunub. 

 

AYNA-ya bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

 

Bildirilib ki, Ficinin paytaxtı Suva şəhərində yerləşən BƏT-in Sakit Okean hövzəsi ölkələri üzrə Ofisi regiondakı 22 ölkədə layiqli əməyin təşviqinə, hökumətlər, həmkarlar təşkilatları və sahibkarlar təşkilatları ilə tərəfdaşlığın inkişaf etdirilməsinə, məşğulluq və sosial müdafiə sahələrinə aid olan BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına, eləcə də regionda BƏT-in mandatından irəli gələn digər məsələlərə məsuldur.

Картинки по запросу Mətin Kərimli

2020-ci ilin yanvar ayının sonunda yeni vəzifəsində fəaliyyətə başlayacaq Mətin Kərimli BƏT sistemində belə yüksək vəzifədə işləyəcək ilk Azərbaycan vətəndaşı olacaq.

 

Qeyd edək ki, Mətin Kərimli 2014-cü ilin fevral ayından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışırdı.

Müəllif: Ayna.az      30 Dekabr 2019 11:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin