Bu gün əsgərlərin sevincli günüdür

Bu gün əsgərlərin sevincli günüdür

Azərbaycan Ordusunun hərbi hissələrində “Açıq qapı günü” keçirilir

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bu gün bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilir.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

 

“Açıq qapı günü” çərçivəsində Müdafiə naziri, nazir müavinləri və qoşun növü komandanlarının valideynlərlə keçirilən görüşlərində hərbi xidmətlə bağlı məsələlər müzakirə ediləcək və ziyarətçiləri maraqlandıran suallar cavablandırılacaq.

 

Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək və bayram sovqatları təqdim ediləcək.

Müəllif: Ayna.az      30 Dekabr 2019 11:08
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin