Conson nazirlərə qadağa qoydu

Conson nazirlərə qadağa qoydu

Davos Dünya İqtisadi Forumu 2020-ci ilin yanvarında keçiriləcək

 

Böyük Britaniyanın Baş naziri Boris Conson nazirlərə Davos Dünya İqtisadi Forumunda iştirakı qadağan edib.

 

AYNA-nın “Report”a istinadən məlumatına görə, Consonun özü də forumda iştirak etmək niyyətində deyil. Qeyd olunub ki, Baş nazir fikirlərini İngiltərə xalqının prioritetləri üzərində cəmləşdirmək istəyir.

 

Bunların arasında 31 yanvar tarixinə qədər “Brexit”in həyata keçirilməsi və Milli səhiyyə sistemi də var.

 

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu 2020-ci ilin yanvarında Davosda keçiriləcək. ABŞ prezidenti Donald Tramp tədbirdə iştirak etmək istədiyini açıqlamışdı. Lakin məlumat hələ rəsmi təsdiqini tapmayıb.

Müəllif: Ayna.az      18 Dekabr 2019 07:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin