Azərbaycanın FİFA hakimləri müəyyənləşib

Azərbaycanın FİFA hakimləri müəyyənləşib

Siyahıda 14 ədalət təmsilçisi yer alıb

 

2020-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FİFA hakimlərinin adları müəyyənləşib.

 

AYNA xəbər verir ki, siyahıda 14 ədalət təmsilçisi yer alıb.

 

FİFA referiləri Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabarov, həmçinin köməkçilər Akif Əmirəli, Zeynal Zeynalov, Namik Hüseynov, Mübariz Haşımov, Elşad Abdullayev və Pərvin Talıbov siyahıya daxil edilib.


 
Futzalda Hikmət Qafarlı, çimərlik futbolunda İnqilab Məmmədov və Nail Nağıyev beynəlxalq arenadakı təmsilçilərimiz olacaq. Qadın futbolunda Yuliya Qurbanova referi, Gülnurə Əkbərzadə köməkçi kimi yer alıb. (APA)

Müəllif: Ayna.az      6 Dekabr 2019 14:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin