İsrail Rəfahda əməliyyata başladı: ordu keçid məntəqəsini ələ keçirib

Dünya

07.05.2024 - 10:52

Əməliyyat zamanı 20-yə yaxın silahlı öldürülüb, üç vacib tunel aşkar edilib

İsrail ordusu bu gün səhər Qəzza zolağı istiqamətindən Rəfah şəhərində əməliyyata başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, ordu Rəfahda keçid məntəqəsini ələ keçirib.

Məntəqənin əsas yolunun ələ keçirildiyi, fəaliyyətini dayandırdığı qeyd olunur.

Bildirilib ki, əməliyyat zamanı 20-yə yaxın silahlı öldürülüb, üç vacib tunel aşkar edilib: “Əməliyyatda indiyədək heç bir əsgər yaralanmayıb. Hazırda qoşunlar ərazidə axtarış aparır və əlavə tapşırıqlara hazırlaşır”.

Müəllif: Ayna.az