Avtomobilini səkidə idarə edən sürücü həbs olunub

Xəbərlər

07.05.2024 - 11:08

Məhkəmənin qərarı ilə sürücü 5 sutka inzibati qaydada həbs edilib

Bakıda avtomobini səkidə idarə edən sürücü həbs edilib. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

Müəllif: Ayna.az