Yuxarı Lars yolu bağlanıb

Dünya

07.05.2024 - 12:14

Yolun Qudauri-Kobi hissəsində uçqun təhlükəsi yaranıb

Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Larsa gedən yol bütün növ avtomobillər üçün bağlanıb. AYNA xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Bildirilib ki, yolun Qudauri-Kobi hissəsində uçqun təhlükəsi ilə əlaqədar gecə saatlarında məhdudiyyətlər tətbiq edilib.

Hava şəraiti normallaşandan sonra hərəkətin bərpa olunacağı gözlənilir.

Müəllif: Ayna.az