Bakıda hoteldə kütləvi zəhərlənmə: iki nəfər ölüb

Xəbərlər

07.05.2024 - 14:43

Zəhərlənən digər iki nəfərin son durumu açıqlanıb

Bakının Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. AYNA “Bakupost.az”a istinadən xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Kliniki Tibbi Mərkəzdən AYNA-ya bildirilib ki, iki nəfər - Xəzər Cabbarlı və Nicat Cabbarlı zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir.

Müəllif: Ayna.az