Mirzoyan: “İrəvan regionda yolların açılması məsələsini Bakı ilə həll etmək istəyir”

Aktual

06.05.2024 - 14:36

“Biz nəqliyyat infrastrukturunu blokdan çıxarmaq istərdik, amma hələlik ümumi razılıq yoxdur”

Xarici işlər naziri Ararat Mirzoyan Aİ Xarici İşlər Nazirləri Şurasının formatında keçirilən iclasda (11 dekabr 2023-cü il) iştirak edib. Brüssel - Sputnik Ermənistan, 1920, 05/06/2024

“Ermənistan Almatıda danışıqlarda regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması məsələsində Azərbaycanla nizamlanmanı müzakirə etmək niyyətindədir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Biz nəqliyyat infrastrukturunu blokdan çıxarmaq istərdik, amma hələlik ümumi razılıq yoxdur. Ermənistanın niyyəti heç bir məhdudiyyət olmadan yolları və ticarət yollarını açmaqdır”, - Mirzoyan Macarıstanın xarici işlər naziri Siyarto Peterlə keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş mayın 10-da Almatıda keçiriləcək. Məlumatı rəsmi Bakı və İrəvan təsdiqləyib.

Müəllif: Ayna.az