Tərtərdə məktəblilər arasında dava: şagirdlərdən biri ölüb

Hadisə

07.05.2024 - 11:41

Hadisə ilə bağlı cinayət işi açılıb

Baş Prokurorluqdan AYNA-ya bildirilib ki, mayın 6-da Tərtər rayonu ərazisində iki şagird arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.

APA-yazır ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb. 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Müəllif: Ayna.az