ABŞ-da təyyarə qəzası: 9 nəfər həlak olub

ABŞ-da təyyarə qəzası:     9 nəfər həlak olub

Ölənlər arasında pilot və 2 azyaşlı da var

 

ABŞ-da təyyarə qəzası baş verib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Cənubi Dakota ştatında qeydə alınıb.

 

Hadisə zamanı təyyarədə 12 nəfər olub. Onlardan 9-u qəza nəticəsində həlak olub.

 

Ölənlər arasında pilot və 2 azyaşlı da var.

 

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

 

ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurasının (NTSB) məlumatına görə, qəzaya uğrayan yüngül mühərrikli "Pilatus PC-12" təyyarəsidir.

 

Müəllif: Ayna.az      1 Dekabr 2019 09:50
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin