Beş ildə 700 addan çox kitab nəşr edilib

Beş ildə 700 addan çox kitab nəşr edilib

TEAS Press xarici və yerli yazarların, yalnız müəllif hüquqlarını almaqla kitabları nəşr edir

 

2014-cü ildən fəaliyyətə başlayan və hazırda ölkənin ən qabaqcıl nəşriyyat evinə çevrilən TEAS Press 5 yaşını qeyd edir. AYNA xəbər verir ki, bu illər ərzində TEAS Press 700 addan çox kitab nəşr edib.

 

Elmi-kütləvi, bədii, tarixi, motivasiya, iqtisadiyyat və bir çox mövzularda kitablar çap edən nəşriyyatın “3 alma” və “YAY” adlı fərqli kitab markaları isə mövzu və yaş kateqoriyasına görə bir-birindən fərqlənir.

TEAS Press ilk yubileyini qeyd edir

TEAS Press Nəşriyyatının digər üstünlüyü isə xarici və yerli yazarların yalnız müəllif hüquqlarını almaqla kitabları nəşr edir. Bundan başqa, hüquqları alınmış xarici nəşrləri orijinal dildən tərcümə etməklə, TEAS Press ətrafına çoxlu sayda tərcüməçilər, redaktor və korrektorları toplaya bilib. Həmçinin nəşriyyata məxsus bir sıra kitabların hüquqları xarici nəşriyyatlar tərəfindən alınaraq xarici dillərə tərcümə olunaraq həmin ölkələrdə nəşr olunur.

Müəllif: Ayna.az      15 Noyabr 2019 11:42
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin