Ağstafada mikroavtobus aşdı - 9 nəfər xəsarət aldı

Ağstafada mikroavtobus aşdı -     9 nəfər xəsarət aldı

Ağstafada yol qəzası baş verib 

 

Ağstafa rayonunda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, Ağstafa-Poylu marşrut xətti üzrə hərəkətdə olan mikroavtobusun sürücüsünün qəfil idarəetməni itirməsi nəticəsinə avtobus aşıb.

 

Nəticədə mikroavtobusda olan sərnişinlər - 1986-cı il təvəlüdlü Quliyeva Pərvanə Cümşüd qızı, 1982-ci il təvəllüdlü Nəsibov Vüsal Yusuf oğlu, 1956-cı il təvəllüdlü Babayeva Gülüruf Teymur qızı, 2003-cü il təvəllüdlü Oruclu Zöhrəbəyim Akif qızı, 1986-cı il təvəllüdlü Orucova Tamella Arif qızı, 2003-cü il təvəllüdlü Kərimov Rəşid, 1984-cü il təvəllüdlü Muğalova Gülarə Afad qızı, 1992-ci il təvəllüdlü Göycəliyeva Pərvin Hidayət qızı, 2003-cü il təvəllüdlü Cəlilova Zülfiyyə Əsgər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Ağstaya rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qıymətləndirilir.

 

Müəllif: Ayna.az      12 Oktyabr 2019 21:21
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin