Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp təhdid etdi, Türkiyə hərbi əməliyyatları dayandırdı

Tramp təhdid etdi, Türkiyə hərbi əməliyyatları dayandırdı

Tramp həm də bildirib ki, ABŞ-ın Suriyadakı hərbi bazalarında Ərdoğana heç bir dəstək verməyəcək

 

Suriyada baş tutan hərbi əməliyyatlarla əlaqədar olaraq, ABŞ Prezidenti Donald Tramp Türkiyə iqtisadiyyatını məhv edəcəyini bildirib.

 

AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, Tramp Türkiyəyə ABŞ-dan icazəsiz hərbi addımlar atdığı üçün təhdidlər ünvanlayıb.

 

Maraqlıdır ki, Trampın bu təhdidi ABŞ-ın silahlı qoşunlarını Suriyadan çəkməsindən sonra baş verib.

 

Tramp həm də bildirib ki, ABŞ-ın Suriyadakı hərbi bazalarında Ərdoğana heç bir dəstək verməyəcək.

 

Bundan sonra Türkiyə Silahlı Qüvvələrinin Suriyada PKK-ya məxsus ərazilərdə baş tutacaq əməliyyatları dayandırılıb.

Müəllif: Ayna.az      8 Oktyabr 2019 11:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin