Çöllərimizi bəzəyən bitki sağalmaz dərdin dərmanı imiş...

Çöllərimizi bəzəyən bitki sağalmaz dərdin dərmanı imiş...

Zəncirotunun kökünü torpaqdan çıxarıb, təmizləyib, doğrayıb, qurudub bir bankaya yığın

 

Zəncirotuna Azərbaycan çöllərində də rast gəlinir. Sarı çiçəkləri var. Yazda cücərik və artır. AYNA medicina.az-a istinadən xəbər verir ki, bu bitkinin kökünün tərkibi xərçəng şişi hüceyrələrini parçalamağa və sağlam hüceyrələri qorumağa qadirdir.

 

Zəncirotu haqqında əfsanələr dolaşır. Özü və kökü apteklərdə var. Onları da dəmləyə bilərsiniz. Amma yaxşı olar ki, zəncirotunun kökünü özünüz torpaqdan çıxarıb, təmizləyib, doğrayıb, qurudub bir bankaya yığın. 2 illik bitkinin kökü daha effektivdir. O, çeçələ barmağınız naziklikdə olmalıdır.

 

Alimlər məhz bu bitkinin kökünün müasir kimyaterapiyalardan da effektiv olduğunu iddia edirlər. Doğradığınız kökləri quru tavada qovurun, sonra üyüdün. Adi çay və ya qəhvə kimi dəmləyin. Bal və ya süd qatıb içmək olar.

 

Həmçinin zəncirotu kökləri orqanizmi toksin və şlaklardan çox yaxşı təmizləyir, böyrəklərdə və sidik kisəsində duzları yuyub aparır, oynaqlar xəstəlikləri, podaqra zamanı effektlidir.

 

Bitkinin çiçəkləri də onlarla xəstəliyin dərmanıdır. Eləcə də ondan mürəbbə hazırlanır.

Müəllif: Ayna.az      25 İyun 2019 09:34
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin