“Qalatasaray” və "Tottenhem" Çempionlar Liqasına səfər heç-heçəsi ilə başladı

“Qalatasaray” və "Tottenhem" Çempionlar Liqasına səfər heç-heçəsi ilə başladı

Çempionlar liqasında günün ilk oyunları başa çatıb

 

Qalatasaray ilk oyunda bir xalla kifayətlənib. AYNA xəbər verir ki, Belçikada Brügge ilə nəticələrə aydınlıq gətirməyə çalşan "Cim Bom", oyunda bir neçə dəfə fərqlənməyə çalışsa da, buna nail olmayıb.


90+5 dəqiqə davam edən oyunda Belçika təmsilçisi də bir neçə dəfə rəqib qapısına hücum etsə də, türklərin əzmini qıra bilməyib.

 

Beləliklə oyun başladığı kimi də sona çatıb.


Günün digər oyununda isə Olimpiakos Yunaınstanda Çempionlar liqasının son finalçısı London Tottenhamını sınağa çəkib. 


Qalatasaray-Brügge oyunundan fərqli olaraq bu oyunda komandalara nə az, nə çox 4 dəfə fərqləniblər. 


Belə ki, Tottenham 26-cu dəqiqədə Harry Keynin qolu ilə önə keçib. Lukas Mora isə 30-cu dəqiqədə İngilisləri 2-ci dəfə önə çıxarıb. 


Lakin yunanlar oyunda tarazlığı bərpa edə biliblər.


Belə ki, ev sahibləri 44-cu dəqiqədə Daniel Podensenin qolu ilə hesabı azaltmaqla yanaşı, 54-cu dəqiqədə hesaba tarazlıq gətiriblər və hərəyə bir xalla kifayətlənməli olublar.

Müəllif: Mərahim Nəsib      18 Sentyabr 2019 23:03
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin