Əsas səhifə Haqqımızda Xəbər lenti

Dünyada COVID-19-la bağlı son vəziyyət

Dünyada COVID-19-la bağlı son vəziyyət

Ən çox yoluxma ABŞ-da qeydə alınıb

 

Dünyada son bir gündə koronavirusa 667 mindən çox yoluxma qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

 

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 667 026 hal qeydə alınıb, COVID-19-dan 13 043 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 132 730 691, ölüm hallarının sayı 2 880 726 təşkil edir.

 

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 30 541 000 nəfər virusa yoluxub. Daha sonra Braziliya (13 100 580), Hindistan (12 928 574) gəlir.

Müəllif: Ayna.az      9 Aprel 2021 06:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin