Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda iki ömürlük məhbus azadlığa buraxılıb - RƏSMİ

Azərbaycanda iki ömürlük məhbus azadlığa buraxılıb -     RƏSMİ

Pandemiya dövründə 176 məhkum azadlığa buraxılıb

 

“2020-ci ildə Ədliyyə Nazirliyində cəzaların icrası sahəsində ciddi işlər görülüb. Məhkumların qidalanması, onlarla görüşlər və digər məsələlərə nəzarət olunub”. AYNA xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

 

O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar daim fəaliyyət göstərən monitorinq qrupu yaradılıb: “Qrup cəzaçəkmə müəssisələrinə baş çəkib və məhkumların qidalanması, sağlamlığı barədə mütəmadi məlumat alıblar”.

 

M.Ələkbərov onu da bildirib ki, cinayət törədən şəxslərin bağışlanması və əfv imkanlarından da geniş istifadə edilib: “Bu günə qədər 8 149 nəfər əfv sərəncamı ilə azadlığa buraxılıb. COVID-19 ilə bağlı ölkə başçısının müvafiq qərarına əsasən, ötən il ərzində pandemiya dövrü ilə əlaqədar olaraq, yaşı 65 dən yuxarı olan məhkumlar, o cümlədən yardıma ehtiyacı olan 176 məhkum azadlığa buraxılıb. Onlardan iki nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxslər olub. Onların evlərinə getməzdən əvvəl test nümunələrindən keçməsi və yaşayış yerlərinə qədər aparılması nazirlik tərəfindən təmin edilib”.

Müəllif: Ayna.az      25 Yanvar 2021 12:12
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin