Əsas səhifə Haqqımızda Xəbər lenti

Qurbanqulu Berdiməhəmmədov Ceyhun Bayramovla görüşüb

Qurbanqulu Berdiməhəmmədov Ceyhun Bayramovla görüşüb

Xarici İşlər Nazirliyi məlumat yayıb 

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri baş tutub.

 

Xarici İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, səfər çərçivəsində Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Anlaşma Memorandumu hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.

 

Səfər zamanı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov nazir Ceyhun Bayramovu qəbul edib.

 

Habelə nazir Ceyhun Bayramovun Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.

Müəllif: Ayna.az      21 Yanvar 2021 22:11
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin