Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda bələdiyyə sədri istefa verib

Azərbaycanda bələdiyyə sədri istefa verib

Sultan Əsədov: “Müalicəyə ehtiyacım var”

 

Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov vəzifəsindən istefa verib. 64 yaşlı S. Əsədov bir neçə gün əvvəl istefa ərizəsi yazıb.

 

AYNA-nın xəbərinə görə, S.Əsədov APA-ya açıqlamasında istefa ərizəsi yazdığını təsdiqləyib: “Səhhətimdə yaranan proqlemlərlə bağlı sədr vəzifəsindən istefa verəsi oldum. Müalicəyə ehtiyacım var”.

 

O, 2016-cı ilin aprel ayından Sumqayıt bələdiyyəsinə sədrlik edirdi. S. Əsədovdan əvvəlki sədr olan Əbülfəz Babayev də istefa verərək vəzifəsindən getmişdi.

 

Sədr vəzifəsi müvəqqəti olaraq bələdiyyənin sədr müavini Sərviz Süleymanova tapşırılıb.

 

Qeyd edək ki, Sumqayıt şəhər bələdiyyəsinin 19 üzvü var. Onlardan biri, sədr müavini olan Musa Həsənov bu yaxınlarda koronavirusdan dünyasını dəyişib.

Müəllif: Ayna.az      20 Yanvar 2021 16:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin