Əsas səhifə Haqqımızda Xəbər lenti

“Beşiktaş” Hataydan 1 xalla döndü

“Beşiktaş” Hataydan 1 xalla döndü

Türkiyə çempionatının XVIII turunun oyunları keçirilib

 

Dünən 10-da futbol üzrə Türkiyə çempionatının XVIII turunun ikinci gün qarşılaşmasında "Hatayspor" doğma meydanda "Beşiktaş"ı qəbul edib. AYNA xəbər verir ki, gərgin keçən görüşdə qalib müəyyənləşməyib.

 

Hesab komandaların qarşılıqlı qolları ilə 2:2 başa çatıb.

 

Günün digər matçlarında isə "Ankaragücü" doğma meydanda "Başakşəhər"ə 2:1 hesabı ilə uduzub. "Konyaspor" isə səfərdə "Fatih Karagümrük"ə 2:1 hesabı ilə məğlub olub. "Rizəspor" - "Dənizlispor" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

 

Hazırda çempionatın turnir cədvəlinə 35 xalla "Beşiktaş" başçılıq edir. Ondan 2 xal geri qalan "Qalatasaray" ikinci, 32 xal toplayan "Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.

Müəllif: Ayna.az      11 Yanvar 2021 05:51
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin