Əsas səhifə Haqqımızda Xəbər lenti

COVID-19 digər “cinayətkarlara” da cığır yaradır: “Bir dəfə qapı açıldısa…”

COVID-19 digər “cinayətkarlara” da cığır yaradır:           “Bir dəfə qapı açıldısa…”

“Yoluxamadan xəstələnməyə doğru gedən dövrdə simptomlar hamısı eynidir: əzələ ağrıları, əzginlik, yorğunluq, 37.1-37.5 arası hərarət” – Həkim

 

Çin və ABŞ mütəxəssislərinin araşdırmalarına görə, koronavirus nəinki ağciyərlərə, beyin-sinir sistemlərinə, həmçinin digər daxili orqanlara - ürək, qaraciyər və bağırsaqlara da mənfi təsir edir, onları zədələyir. AYNA mövzuya dair pulmonoloq İbrahim Əsədli ilə həmsöhbət olub:

 

- Ümumiyyətlə, COVID-19 çox təhlükəli infeksiyadır. Bu, koronavirus qrupundan olan virusdur. Virusologiya təsnifatında bir çox viruslar var və onlar xüsusiyyətlərinə görə bir neçə sinfə bölünür. Bunlar hamısı elmi məsələlərdir. Amma bunlara qarşı peyvənd yaratmaqda çətinlik ondan ibarətdir ki, bunların serotip və genatipləri o qədər müxtəlifdir ki... Deyək ki, 2003-cü ildə Çində atipik pnevmoniya vardı - o da koronavirus qrupundan idi. Ondan sonra SARS peyda oldu - o da koronavirus qrupundandır. Daha sonra MERS yarandı. O da koronavirus qrupundandır.  COVID-19-un özü də koronavirus qrupundandır.

İbrahim Əsədli — Pulmonoloq | HekimTap

- Bu virusun daxili orqanlara hansı təsirləri var?

 

- Burada çətinlik ondan ibarətdir ki, bu qruplar qanın qatılaşmağına daha çox meyillilik yaradır. İstənilən daxili orqanlar zədələnə bilər. Çünki bütün orqanlarımız qanla təmin olunur. Amma bu virus hansı orqanda zəifləmə varsa, hansı orqanda öncədən xroniki problemlər olubsa, məhz orada təzahür edə bilir. Məsələn, kimdəsə böyrək problemi varsa, o, daha çox böyrəyə təsir edəcək və ya kimdəsə qulaq, boğaz xəsətlikləri varsa, həmin orqanlara təsir etmiş olacaq.

 

- Hansı orqanlara təsir etdiyini necə öyrənə bilərik?

 

- Bu, yuxarı tənəffüs orqanlarının infeksiyası olduğuna görə, burunun selikli qişasından test götürüləndə orda aşkarlanırsa, testin cavabı müsbət olur, amma artıq aşağı tənəffüs yollarına keçdikdə, ciyərlərdə sətəlcəm olarsa, iltihab baş verdikdə, burun yaxmasında test mənfi də göstərə bilər. Məsələn, təəssüflər olsun ki, mənim belə xəstələrim daxil olur və deyir ki, “doktor, məndən test götürülüb, cavab mənfi çıxdı”. Xəstə həmin cavaba arxayınlaşıb, ciyərində isə artıq onun xəbəri olmadan dağılma gedib. Bunun əksi olan xəsətlərim də olur. Məsələn, test götürülüb cavabı müsbət olub, amma özünü sağlam hiss edir, heç bir qızdırma-filanı olmur.

 

- O zaman burda yoluxma ilə xəstələnmək fərqli əlamətlərdir?

 

- Bəli. Tutalım, havada bir çox mikroblar var ki, heç adlarını da bilmirsiniz - neyseriya, stafilakok, strepakok və s. Bizim təmasda olan burun, nəfəs yolları, dəri səthləri - əl, üz və selikli qişalarımızdır. Əgər biz barmaqlarımızı xüsusi petri çaşkasına toxundursaq və mikrobioloji əkilmə olsa, orada bir çox mikroblar çıxacaq. Bu, o demək deyil ki, biz xəstəyik. Və yaxud da qulaq, göz və burnumuzdan da götürsələr, orada artıq bir çox mikroblar var. Bunlar o demək deyil ki, biz xəstəyik. Onlar orada, sadəcə olaraq durur və bizim selikli qişamız öz müdafiəsini itirməyibsə, biz xəstələnmirik. Amma hansısa bir səbəbə - bədən immunitetinin zəfiliyinə, bir çox başqa məsələlərə görə risklər var. Məsələn, şəkərli diabet xəstələri, yaşlı insanlar (onların immun sistemi zəifləmiş olur) risk altındadırlar. İstənilən halda, immunitet möhkəm olmalıdır ki, insan xəstələnməsin, xəstələnsə də, yüngül keçirsin və ağırlaşma olmasın.

 

- Ağırlaşmalar hansı hallardır?

 

- Birinci növbədə ağciyər pnevmaniyasıdır. Ağciyər pnevmaniyası olduqda tənəffüs çatışmazlığı baş verir. İkinci ağırlaşma odur ki, qan qatılaşır. Qan qatılaşdığı zaman da infarktlar, insultlar - istər ürəkdə, böyrəkdə, istərsə də beyində baş verə bilər. Üçüncü ağırlaşmalar bağırsaqlarda – qarın pozulması və digər məsələlər ola bilər.

 

- Yoluxmadan xəstələnməyə gedən dövr ərzində eyni simptomlar özünü göstərə bilirmi?

 

- Bəli. Yoluxamadan xəstələnməyə doğru gedən dövrdə simptomlar hamısı eynidir: əzələ ağrıları, əzginlik, yorğunluq, subfebril hərarət – 37.1-37.5 arası və s. Hərarət 37.5-dən artıq olarsa, bu, təhlükəli siqnaldır, çünki bunun ciyərə keçmək ehtimalı var.

 

- Bu zaman qabaqlayıcı tədbirlər üçün nələr etməliyik?

 

- Burada qabaqlayıcı tədbirlərin görülməsi çox vacibdir. Məsələn, “Anaferon”, “Engestol”, “Erqeferon” kimi müəyyən preparatlar var, bunlar yuxarı tənəffüs orqanlarının profilaktikası üçün və müalicəsində də istifadə olunur. “Bronximinal” adlanan preparat həm uşaqlar, həm də böyüklər üçün də var. Bu da çox yaxşıdır.

 

- Doktor, pandemiyanin birinci dalğasında, xüsusən də yayda bu virusa yoluxan xəstələr daha tez sağalırdılar, yoxsa indiki xəstələr?

 

- Mənə müraciət edən xəstələr yayda daha tez sağalırdılar, ağırlaşmalar yayda 1 faiz olurdusa, indi 7-8 faiz xəstələrimdə ağırlaşmlar olur. Amma həkimlər deyirdilər ki, payızda resperator xəstəliklərin baş qaldırması ilə əlaqədar olaraq bu hallar olacaq. Mənim laboratoriyam olmadığına görə bunu dəqiq deyə bilmərəm. Burada bir çox amillər mövcuddur: soyuq hava, insanların immunitetinin düşməsi, mutasiyanın baş verməsi və s. Mənim labratoriyam yoxdur deyə, virusa görə heç bir fikir bildirə bilmərəm.

 

- Xəstə pnevmaniyadırsa, bu da koronavirus əlamətidir?

 

- Əgər keçən il insanlar xəstələnsəydi, mən bunu deyə bilməzdim. Amma bu il artıq istənilən soyuqlanmanı koronavirus kimi qiymətləndirməyə məcburam. Fərqi yoxdur istənilən virus, hətta, adicə qrip virusu olsun. Amma epidemiya, pandemiya bütün planetdə var və ora koronavirusun düşmə ehtimalı çoxdur. Çünki bir dəfə qapı açılırsa, ora istənilən cinayətkarlar daxil ola bilər. Belə desək, COVID-19 cinayətkar dəstəsinin bu gün ən öndə gedənidir.

 

- Bir çoxları düşünür ki, koronavirus testi mənfidirsə, bu, xəstəlik demək deyil. Rentgendən keçdikdə belə, heç bir şey görünürmürsə, yenə də xəstəliyə yoluxmanı göstərmir. Bütün bunlar insanın xəstəliyə yoluxmadığını dəqiqliklə deyə bilirmi?

 

- Daha dəqiq bilmək üçün bu dəqiqə KT çox vacibdir. Elmdə “differansial diaqnostika” deyilən bir anlayış var. Nədir bu diaqnostika? Ağciyər pnevmaniyası bir çox səbəbdən ola bilər. Stafilakok, streptakok, xlamedia, aspirgila, vərəm və s. ola bilər. Burada mənzərə fərqlidir. Misal üçün, vərəmdə kozios pnevmaniya gedir. Yəni, ortası nağara kimi qalır. Stafilakok pnevmaniyasında yığılır, sanki ağciyər havalı bir orqandır, amma qaraciyərə dönür, möhkəmləşmə kimi gedir. Fərqi yoxdur hansı virus olsun, bu virus pnevmaniyasında, sanki xəfif, yüngül bir bozartı kimi mənzərə görsənir, sanki şüşəni şaxta vuranda yaranan mənzərə kimi. Ona görə də bu, “buzlu şüşə” mənzərəsi kimi qiymətləndirilir. Buzlu şüşə mənzərəsi, məhz virus nəticəsində yaranmış pnevmaniyaya dəlalət edir. Ona görə də KT (Kompüter Tomoqrafiyası) olmadan bunu müqayisə edib fərqləndirmək çətin olur.

 

- Qeyd etdiyiniz kimi, bundan neçə il əvvəllərdə də bir çox viruslar olub, amma bu virus bir qədər fərqlidir. Bu virusun müalicəsində problem nədədir?

 

- Burada kütləvilikdə problem var. Eyni zamanda, çox insan xəstələnəndə eyni preparatlara ehtiyac çox olur deyə, o da bir qısa dövr ərzində tükənir. Tükənəndə isə zəncirvari olaraq digər problemlər yaranır. Ona görə də fürsətdən istifadə edib, sizin vasitənizlə xahiş edərdim ki, bu qrup preparatlara – antikanqulyantlardan, aktibiotiklərdən fəsadlaşma getməsin deyə, ftorxeronollar qrupundan olan preparatalara, antiviral preparatlara diqqət yetirilsin ki, bu üç qrupu insanlar tapa bilmir. Xəstələr gəlib deyirlər ki, bu üç qrupa daxil olan preparatları tapmaq olmur.

 

- İnsanlar yoluxduqlarını necə bilsinlər?

 

- İlk vaxtlarda evdə şəraitində müalicə etmək olur, amma artıq fəsadlaşma olur. İnsanlarımız ayıq-sayıq olmalıdırlar. İlkindən iybilmə, dadbilmə itəndə bu, o demək deyil ki, siz xəstəsiniz, amma bu, o deməkdir ki, siz artıq yoluxmusunuz.

Müəllif: Ülviyyə Şahin      7 Yanvar 2021 15:19
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin