Əsas səhifə Haqqımızda Xəbər lenti

Qaradağda nişan mərasimi keçirmək istəyənlər cərimələnib - FOTO, VİDEO

Qaradağda nişan mərasimi keçirmək istəyənlər cərimələnib -       FOTO, VİDEO

Mərasimin təşkilatçısı və digər 15 nəfər barəsində inzibati protokol tərtib olunub

 

Qaradağ rayonunda karantin qaydalarını pozaraq nişan mərasimi etmək istəyən şəxslər cərimələniblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən rayonun Korgöz qəsəbəsində karantin qaydalarını pozaraq nişan mərasimi keçirilməsinin qarşısı alıb.

 

Mərasimin təşkilatçısı Abşeron rayon sakini Elşən Verdiyev və nişan zamanı orada olan 15 nəfər barəsində inzibati protokol tərtib olunub. Onların hər biri 200 manat cərimə ediliblər.

Müəllif: Ayna.az      9 Dekabr 2020 20:06
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin