Əsas səhifə Haqqımızda Xəbər lenti

Neftimizin qiyməti 41 dollara yaxınlaşır

Neftimizin qiyməti 41 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,07 dollar ucuzlaşaraq 39,86 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,10 dollar azalaraq 37,69 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,2 dollar artaraq 40,98 dollar olub.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      6 Noyabr 2020 11:36
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin