Əsas səhifə Haqqımızda Xəbər lenti

İzmirdə zəlzələdə ölənlərin sayı 17-yə çatıb, 700-dən çox yaralı

İzmirdə zəlzələdə ölənlərin sayı 17-yə çatıb,   700-dən çox yaralı

Dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub

 

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.

 

Bu barədə AYNA Türkiyə mətbuatına istinadən xəbər verir.

 

Məlumata görə, zəlzələ zamanı xəsarət alanların sayı 763 nəfərə çatıb. Təbii hadisə zamanı habelə daha 17 nəfər ölüb.

 

Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.

Müəllif: Ayna.az      31 Oktyabr 2020 01:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin