Atambayevin evinə basqın zamanı yaralananların sayı doxsan səkkiz nəfərə çatdı

Atambayevin evinə basqın zamanı yaralananların sayı doxsan səkkiz nəfərə çatdı
11 təhlükəsizlik işçisi hərbi xəstəxanaya köçürülüb
 
Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına  təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən edilən hücum zamanı yaranan qarşıdurmada yaralanan şəxslərin sayı artıb.
 
AYNA "Report"a istinadən xəbər verir ki, 98 nəfər tibbi yardım üçün müraciət edib. 11 təhlükəsizlik işçisi hərbi xəstəxanaya köçürülüb. Bundan əlavə 13 zərərçəkən stasionar müalicə alır.
 
Qeyd edək ki, Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub.
 
O, özü polisə təslim olub. Sosial Demokrat Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov onun yanındadır.
Müəllif: Ayna.az      8 Avqust 2019 23:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin