Əsas səhifə Haqqımızda Xəbər lenti

Kiyevdə bombalı şəxs banka girdi: Polis danışıq aparır

Kiyevdə bombalı şəxs banka girdi: Polis danışıq aparır

Nazir: “Vətəndaşlarımızın təhlükəsizliyi üçün hər şeyi etməliyik”

 

Ukrayna polisi Kiyevdə yerləşən Leonardo Biznes Mərkəzində yerləşən bankın binasına girən və kürək çantasında bomba olduğunu söyləyən bir şəxslə danışıqlara başlayıb. AYNA bu barədə TASS-a istinadən məlumat verir.

 

Ukraynanın daxili İşlər naziri Anton Qeraşçenko açıqlama verərək deyib ki, “Universal Bank” ASC-nin bir nümayəndəsi polisə zəng edərək, təxminən 30-35 yaşlarında naməlum bir kişinin ofisə girdiyini, kürək çantasında bomba olduğunu söyləyib

 

“Hadisə yerinin ətrafı polislər tərəfindən qapadılıb. Ümid edirik ki, danışıqlar nəticə verəcək və bu şəxs təslim olacaq. Onun əsl silahının olub-olmadığını bilmirik və ya yalnız hədələyirik, söhbət aparırıq. Ancaq vətəndaşlarımızın təhlükəsizliyi üçün hər şeyi etməliyik”, - deyə nazir vurğulayıb.

Müəllif: Ayna.az      3 Avqust 2020 14:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin