Bakıda bir gecədə ağacların məhv edilməsi ilə bağlı iddialara rəsmi açıqlama

Bakıda bir gecədə ağacların məhv edilməsi ilə bağlı iddialara      rəsmi açıqlama

Bu vaxta qədər budanaraq 45 ağacın köçürülməsi həyata keçirilib

 

Avtomobil Yolları Dövlət Agentliyi Yasamal rayonunda yol tikintisi zamanı bir gecədə 132 ağacın qırılaraq yox edilməsi ilə bağlı yayılan məlumata münasibət bildirib. AYNA “Qafqazinfo”-a istinadən xəbər verir ki, Agentlik tərəfindən qeyd edilib ki, Prezident Sərəncamına uyğun olaraq, Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən İnşaatçılar prospektinə qədər olan hissəsində yenidənqurma işlərinə başlanılıb. Aidiyyəti qurumlarla razılaşdırılmış İcra Qrafikinə əsasən, sözügedən avtomobil yolunda aparılan yenidənqurma işlərinin bu ilin sonuna qədər başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub.

 

Layihə üzrə tikinti ərazisinə düşən yaşıllıqların ərazidən kənarlaşdırılmasına zərurət yaranıb. Qeyd edilənləri və layihənin əhəmiyyətini nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin yaşıllıqların köçürülməsinə dair müvafiq ekspertiza rəyi verilib. Rəyin icrasına 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən nəzarət edilir.

 

Bu vaxta qədər budanaraq 45 ağacın köçürülməsi həyata keçirilib. Hal-hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü tam başa çatdırılmadığı üçün, həmin tikililərin ətrafındakı yaşıllıqlar da köçürülməyib.

Müəllif: Ayna.az      26 İyul 2019 00:02
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin