Karantin günlərində əyləncə təşkil edənlər cərimələnib - FOTOLAR

Karantin günlərində əyləncə təşkil edənlər cərimələnib -       FOTOLAR

Obyektin fəaliyyəti dayandırılıb, sahibi və məclisdə iştirak edən məsuliyyətə cəlb olunublar

 

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq, rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində əyləncə məclisi təşkil edən 11 nəfər məsuliyyətə cəlb olunub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bölmə əməkdaşları tərəfindən iyun ayının 14-dən 15-nə keçən gecə qaydaları kobud şəkildə pozaraq, məclis təşkil edən obyektin fəaliyyəti dayandırılıb, obyekt sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunaraq, cərimə ediliblər.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      16 İyun 2020 14:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin