Gürcüstan XİN: Səfirin geri çağırılması diplomatik əlaqələrin kəsilməsi anlamına gəlmir

Gürcüstan XİN: Səfirin geri çağırılması diplomatik əlaqələrin kəsilməsi anlamına gəlmir

Ukraynadan səfirini geri çağıran Gürcüstan peşman olub  

 

Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynadakı səfiri Teymuraz Şaraşenidzeni geri çağırdıqdan sonra onunla məsləhətləşmələrini başa çatdırıb. Bu barədə AYNA Rusiya mediasına istinadən xəbər verir. 


Məlum olduğu kimi, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Ukrayna İslahatlar üzrə Milli Şuranın İcraiyyə komitəsinin rəhbəri təyin olunması Gürcüstan tərəfinin aqqresiv addım atmasına səbəb oldu. Səfirini Ukraynadan geri çağıran rəsmi Tibilisi ikitərəfli əlaqələrin normallaşdırılması üçün Ukrayna rəhbərliyinin addımlarını müşahidə etmək qərarına gəlib.


Ukrayna prezidenti Vladimir Zelenski Saakaşvilini Ukraynanın Milli İslahatlar Şurasının İcra komitəsinin rəhbəri təyin etməsindən sonra Gürcüstanın davranışı hələlik siyasi şərhçilərdə ikinci tərəfin peşman olduğu qənaətini yardıb. Gürcüstan XİN başçısı ölkəsinin Ukrayna ilə diplomatik münasibətləri pozmaq niyyətində olmadığını vurğulasa da, hər halda əvvədən də dediyinə əməl etdi. Ukrayna XİN rəhbəri Dmitri Kuleba isə Gürcüstanın bu hərəkətinə cavab olaraq bildirib ki, Saakaşvili Ukrayna vətəndaşı olduğu üçün dünyanın heç bir ölkəsi onun hara təyin olunacağını göstərə bilməz.


Qeyd edək ki, Gürcüstan səfiri ölkəsinə geri qayıtdıqdan sonra iki həftə karantində qalıb. Bu da koronavirus pandemiyası kontekstində məcburi tədbir idi. 


"Əlbəttə ki, biz Ukraynadakı hadisələrin inkişafını və münasibətlərin normallaşdırılması ilə bağlı Ukrayna rəhbərliyinin hansı addımlar atacağını müşahidə edəcəyik. Bundan sonra səfirin Ukraynaya qayıdış tarixində qərar veriləcək" - rəsmi Tbilisi bəyan edib.


"Bir daha aydınlaşdırırıq ki, paytaxtdakı səfirin məsləhətləşmə üçün geri çağırılması diplomatik praktikada qəbul edilmiş addımdır. Gürcüstan tərəfi bu qərarı qəbul etdi, çünki Ukrayna rəhbərliyi Gürcüstanda məhkum edilmiş bir adamı təyin etdi, bu, ikitərəfli münasibətlərə uyğun deyil. Təbii ki, səfirin geri çağırılması məsləhətləşmələr üçün diplomatik əlaqələrin kəsilməsi demək deyil və ölkələr arasında strateji tərəfdaşlığa yenidən baxılması nəzərdə tutulur", - deyə rəsmi açıqlamada  deyilir.

Müəllif: Ayna.az      25 May 2020 23:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin