Almaniyada karantin yumşaldıldı: Kafe və restoranlar açılıb

Almaniyada karantin yumşaldıldı: Kafe və restoranlar açılıb

Restoranlarda yemək üçün bəzi qaydalara əməl etmək tələb olunur

 

Almaniyada karantin rejiminin yumşaldılma çərçivəsində restoran və kafelər açılmağa başlayıb. AYNA xəbər verir ki, bununla yanaşı, müəssisələrdə sosial məsafə, gigiyena və maska qaydalarına ciddi nəzarət edilir.

 

Restoran sahibləri iki ay karantin qaydalarının işlərinə ziyan vurduğunu bildiriblər: “İki ay ərzində təxminən 100 min avrodan çox itkimiz olub. Verilən yardımlar kifayət etmədi. İndi isə ciddi qaydalar var. Həmişə qəbul etdiyimiz müştərinin yarısını qəbul edə bilsək, sevinərik. Ümid edirik ki, bir və ya iki aydan sonra hər şey normala dönəcəkdir”.

 

Almaniyadakı restoranlarda yemək üçün bu qaydalara əməl etmək tələb olunur:

 

-Müştəri kimi restorana gedənlər maska taxacaqlar. Qapıya maska taxmadan girmək qadağandır. Maska yalnız yemək zamanı çıxarıla bilər.

 

-Restoranlarda gigiyena qaydalarına ciddi əməl olunacaq. Müştəriləri maskasız qəbul edənlərə 5000-10000 avro arasında cərimələr tətbiq ediləcək.

 

 

-Açıq yemək gətirmək qadağandır. Ofisiantlar seçilmiş yeməkləri yalnız təkərli arabalarla gətirəcəklər.

Müəllif: Ayna.az      22 May 2020 16:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin