Koronavirusdan ölənlərin meyitlərini evlərinin həyətinə “atırlar”

Koronavirusdan ölənlərin meyitlərini evlərinin həyətinə “atırlar”

Ekvadorda sosial-iqtisadi vəziyyət və səhiyyə acınacaqlı hala gəlib

 

Koronavirus Latın Amerikasında da sürətlə yayılmaqda davam edir. Ekvadorda vəziyyət xüsusilə gərgindir. Ölkədə virusdan ölənlər üçün artıq qəbiristanlıqda yer qalmadığı üçün polis əməkdaşları cənazələri evlərin həyətində qoyub gedirlər.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Ekvador hökuməti baş verənləri etiraf edib. Rəsmi açıqlamaya görə, ölkədə bu günə qədər 2500 nəfər Covid-19-a yoluxaraq ölüb.

 

Ekvadorda sosial-iqtisadi vəziyyət və səhiyyə acınacaqlı hala gəlib. Artıq evi olmayan insanların ölüsünü kücələrdə də görmək olar, vəziyyət nəzarətdən çıxıb.

 

Qeyd edək ki, bu ölkədə virusa ümumi yoluxanların sayı 3368 nəfərdir. Təkcə son sutkada 145 nəfər həyatını itirib.

Müəllif: Ayna.az      4 Aprel 2020 13:09
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin