Nəsimidə yaşayış binasındakı yanğın söndürülüb

Xəbərlər

26.02.2024 - 09:46

6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub

Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya bildirilib ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 40 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxində mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan eyvanda 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az