Neftimiz bahalaşıb

İqtisadiyyat

04.01.2024 - 10:48

“Azeri Light”ın bir barelinin qiyməti 82,07 dollar olub

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,88 ABŞ dolları və ya 2,3 faiz artaraq 82,07 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az