Bugünkü valyuta hərracında tələb 62,9 milyon dollar olub

İqtisadiyyat

13.10.2020 - 13:41

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

 

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 

AMB-dən AYNA-ya bildirilib ki, hərracda tələb 62,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Müəllif: Ayna.az