Dünya birjalarında neftin qiyməti dəyişib
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar bahalaşaraq 45,96 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar azalaraq 43,30 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,12 dollar artaraq 46,60 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.