Neftin qiyməti ilə bağlı son vəziyyət

İqtisadiyyat

19.02.2021 - 11:23

Azərbaycan neftinin qiyməti bahalaşır

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar geriləyərək 63,26 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,81 dollar ucuzlaşaraq 59,71 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşır. Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 64,78 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az