Elman Rüstəmovdan vətəndaşlara çağırış: <font color=red> “Bizə kömək edin”</font>

İqtisadiyyat

11.03.2020 - 13:19

AMB sədri: “Bizim strateji valyuta ehtiyatlarımız olduğunu unutmaq lazım deyil”

 

“Azərbaycanın kifayət qədər valyuta ehtiyatı mövcuddur. Kifayət qədər cari ehtiyatlarımız var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Bu gün, hələ ki, strateji valyuta ehtiyatlarından istifadəni düşünmürük”.

 

AYNA xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. Neftin qiymətinin kəskin azalmasının milli valyutanın məzənnəsinə təsiri ilə bağlı sualları cavablandıran sədr bildirib ki, AMB-nin öz ehtiyatları da var.

 

“Eyni zamanda Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları var. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımız olduğunu unutmaq lazım deyil. Əhaliyə çağırışımız ondan ibarətdir ki, öz hərəkətləri ilə bizə kömək etsinlər ki, biz bu problemi daha tez həll edək”, - E.Rüstəmov vurğulayıb.

Müəllif: Ayna.az