Neft ucuzlaşıb

İqtisadiyyat

31.01.2023 - 11:17

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin bir bareli 87,79 dollara satılır

Dünya birjalarında neft qiymətləri aşağı düşüb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,05 dollar azalaraq 84,85 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,29 dollar ucuzlaşaraq 77,61 dollar təşkil edib.

Azərbaycan nefti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,12 dollar azalaraq 87,79 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş