Neft bahalaşıb

İqtisadiyyat

27.10.2022 - 12:41

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin bir bareli 96,73 dollara satılır

Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,09 dollar artaraq 95,78 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,09 dollar bahalaşaraq 88 dollar olub.

Azərbaycan nefti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,67 dollar artaraq 96,73 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş