NATO Varşavanın təklifini rədd edib: “Bu münaqişədə iştirak etməyəcəyik”

Dünya

15.07.2024 - 12:16

cedabet dərman SEO Xidməti

NATO Ukrayna üzərində Rusiya raketlərini vurmaqdan imtina edib

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Silahlı Qüvvələrinə məxsus raketlərin Ukrayna ərazisi üzərində vurulmasını təklif edən Polşanın ideyasını rədd edib. AYNA xarici mediaya istinadən bildirir ki, Stoltenberq deyib ki, Alyansın bu məsələdə siyasəti olduğu kimi qalacaq.

“NATO-nun siyasəti dəyişməz olaraq qalır - biz bu münaqişədə iştirak etməyəcəyik. Rusiya təyyarələrinin məhv edilməsində Ukraynaya dəstək verəcəyik, lakin NATO birbaşa iştirak etməyəcək”, Stoltenberq vurğulayıb.

Qeyd edək ki, ötən həftə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Polşa Ukrayna hava məkanında Rusiya raketlərinin vurulmasına icazə verəcək təşəbbüsü nəzərdən keçirir. Onun sözlərinə görə, ölkə “bu ideyanı araşdırmaq” istəyib, bundan sonra Varşava respublikanın üzərindən raketləri vurmağa hazır olacaq.

Ölkə rəhbərliyi müvafiq məsələni NATO-nun Vaşinqtonda keçirilən sammitində qaldırmaq istəyib.

Eyni zamanda, Sikorskinin bəyanatından bir neçə gün əvvəl ölkənin Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniak-Kamış Polşanın Alyansın razılığı olmadan Ukrayna üzərində Rusiya raketlərini vurmayacağını bəyan edib. O, həmçinin qeyd edib ki, NATO-da müvafiq konsensus yoxdur. Bundan əlavə, Kosiniak-Kamış Ağ Evin mövqeyini xatırladıb və deyib ki, Vaşinqton münaqişənin genişlənməsini istəmədiyini dəfələrlə bəyan edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi qeyd edib ki, Vaşinqton Ukraynanın qərbi üzərində uçan raketlərin Polşa ərazisindən vurulması ideyasına şübhə ilə yanaşır.

Məlumdur ki, Ukrayna ərazisi üzərində Rusiya raketlərinin Polşanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilməsi ehtimalı Kiyev və Varşava arasında bağlanmış təhlükəsizlik sazişində öz əksini tapıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş