Yens Stoltenberq: "NATO Ukraynanı uzun müddət ərzində dəstəkləməyə hazır olmalıdır"
NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələri Ukraynanı uzun müddət ərzində dəstəkləməyə hazır olmağa çağırıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Baş katib deyib ki, NATO-nun birinci vəzifəsi Ukraynaya yardım etməkdir.
"Müharibələrin nəticələri gözlənilməzdir. Onun necə və nə vaxt bitəcəyi heç kimə məlum deyil. Lakin biz uzunmüddətli perspektivdə dəstəyimizi davam etdirməyə hazır olmalıyıq”, - NATO rəsmisi qeyd edib.
Stoltenberq vurğulayıb ki, NATO-nun digər rolu eskalasiyanın qarşısını almaqdır: “Münaqişə NATO ilə Rusiya arasında müharibəyə çevrilərsə, Avropaya daha çox dağıntı və zərər gətirəcək”.