NATO: Stoltenberq səlahiyyət müddətini uzatmayacaq

Dünya

12.02.2023 - 07:21

cedabet dərman SEO Xidməti

Stoltenberq 9 ilə yaxındır ki, baş katibdir

NATO-nun Baş katibi Yens Stoltenberq 2023-cü ilin sentyabrında başa çatacaq səlahiyyət müddətini uzatmaq niyyətində deyil.

AYNA “DPA”ya istinadən xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lungesk bildirib.

Stoltenberq 9 ilə yaxındır ki, baş katibdir. O, artıq üç dəfə mandatını yeniləyib.

Eyni zamanda, yanvarın sonunda “Politico” qəzeti Stoltenberqin postunda qalmaq istədiyini yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş