Stoltenberqin Ukraynaya səfəri rəsmi olaraq açıqlanmayıb
NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə səfər edib. AYNA xəbər verir ki, bu barədə “The Kiyev Independent” yazır.
Nəşr Ukrayna paytaxtının mərkəzindəki Mixaylovskaya meydanında çəkilmiş kadrları da dərc edib. Onlar Stoltenberqin münaqişədə həlak olan ukraynalıların xatirəsini necə yad etdiyini göstərir.
Stoltenberqin Ukraynaya səfəri rəsmi olaraq açıqlanmayıb.