“NATO-nun Baltik dənizində gücləndirilmiş iştirakı sakitləşdirici və sabitləşdirici təsirə malikdir”
NATO sualtı kabellərin zədələnməsi ilə bağlı insidentlərlə əlaqədar onları qorumaq üçün Baltik dənizinə iki hərbi gəmi göndərəcək. AYNA xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.
“NATO-nun Baltik dənizində gücləndirilmiş iştirakı sakitləşdirici və sabitləşdirici təsirə malikdir. Biz belə bir qərarın qəbul edilməsindən çox məmnunuq”, - deyə nazir vurğulayıb.
Finlandiya gəmilərə nəzarəti artırmağı planlaşdırır, lakin bəzi yoxlamalar gəmilər üçün könüllü olacaq.